Xəzər Xəbər

Məzarlıqdan oğurluq edənlər tutuldu

Hadisə | 15:16 • 29 İyun 2018
Məzarlıqdan oğurluq edənlər tutuldu
İyunun 28-də Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərin birinin ətrafına quraşdırılmış alüminumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə veriən xəbərə görə, polis əməkdaşlarınını "isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elgün Süleymanov və Ağdam rayon sakini Saday Mehdiyev saxlanılıblar. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Xəbər lenti