Xəzər Xəbər

Bıçaqla soyğunçuluq edən iki nəfər tutulub

Hadisə | 11:02 • 29 İyun 2018
Bıçaqla soyğunçuluq edən iki nəfər tutulub
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini E.Həsənov iyunun 27-də saat 22 radələrində D.Əliyeva küçəsində 2 nəfərin onu bıçaqla hədələyib içərisində 140 manatı, 100 ABŞ dolları və tələbə bileti olan pulqabısını aldıqlarını bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə veriən xəbərə görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Hüseyn Musayev və Əziz Musayev olduqları məlum olub və digər analoji cinayət əməllərinin də üstü açılıb.

Onların iyunun 21-də axşam saatlarında Səbail rayonu ərazisində Bakı şəhər sakini M.Nəsirovun 48 manatını quldurluq yolu ilə almaları da müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti