Xəzər Xəbər

Lənkəranda qəza üstünə qəza Köməyə gələn sürücü piyadanı vuraraq öldürdü

Hadisə | 12:17 • 25 İyun 2018
Lənkəranda qəza üstünə qəza

Lənkəran rayonunda bir-biri ilə əlaqəli iki yol qəzası baş verib.

Birinci hadisə Lənkəran-Lerik yolunda, Dəvrədibi kəndi ərazisində baş verib.

"VAZ-2106" markalı avtomaşın Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər Lənkəran sakini, bir nəfər Zəngilan rayon sakini xəsarət alıb. Sərnişinlərdən biri hadisə ilə əlaqədar olaraq Lənkərandakı yaxınına zəng vuraraq kömək istəyib.

"VAZ-2107" markalı avtomaşınla köməyə gələn Şağlaküçə kənd sakini yolda piyadanı vurub. Nəticədə ağır xəsarət alan 54 yaşlı Şükürov Əliməmməd İlyas oğlu sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, dünyasını dəyişib. Digər üç yaralı da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır. (report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti