Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon,
Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil
olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, əraziyə baxış keçirilib və məlum olub ki,
tikinti işləri aparılan zaman 1 ədəd sərv ağacı kəsilib. Araşdırma
zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Bakı
şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən
qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova
ayrıldığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində akt
və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2200
manat məbləğində cərimə edilib.