Xəzər Xəbər

Xırdalanda yanğın 3 azyaşlı xəsarət alıb

Hadisə | 14:10 • 24 İyun 2018
Xırdalanda yanğın
Xırdalanda yanğın qeydə alınıb.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanıb. Yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti alıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti