Xəzər Xəbər

Qəribə olay: İmişli sakini öz maşınını oğurladı

Hadisə | 12:48 • 21 İyun 2018
Qəribə olay:
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus "Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin "Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib. ​Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti