Xəzər Xəbər

Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər tutulub

Hadisə | 16:32 • 19 İyun 2018
Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər tutulub

Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyunun 18-də Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan iki qadın həmin gün saat 18 radələrində rayon ərazisindəki ayrı-ayrı ünvanlarda naməlum şəxsin zor tətbiq edərək onların içərisində parfümeriya, bijuteriya və sənədləri olan çantalarını almağa çalışdığını, lakin istəyinə nail olmadıqda qaçıb aradan çıxdığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğa cəhd etməkdə şübhəli bilinən 2 nəfər "isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Biləsuvar rayon sakini Eyvaz Babayev və Qəbələ rayon sakini Gəncim Allahverdiyev olduqları müəyyən edilib.

Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti