Xəzər Xəbər

Polis avtomobil oğrularını yaxaladı

Hadisə | 13:37 • 18 İyun 2018
Polis avtomobil oğrularını yaxaladı

İyunun 15-də Şəmkir və Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədov saxlanılıb. 


Xezerxeber.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, o, Şəmkir rayon sakini Mehman İsmayılovun "VAZ-21099” markalı avtomobilini qaçırmaqda şübhəli bilinir. Ətrafında aparılan tədbirlərlə onun mayın 27-də daha bir "VAZ” markalı avtomobili də qaçırması müəyyən edilib.

Abşeron rayon sakini Elşən Səfərovun "Daewoo” markalı avtomobilini rayon ərazisindən qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Təbriz Əhmədzadə saxlanılıb. O, iyunun 15-də Əlahiddə Çevik Polis Alayının və Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti