Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Hadisə | 10:33 • 17 İyun 2018
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

Ötən gün ərzində respublikada 95 cinayət faktı qeydə alınıb.


DİN-dən xezerxeber.az-a verilən məlumata əsasən, faktların 20-si "isti izlər”lə açılıb.


Qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.


Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb”.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Xəbər lenti