Xəzər Xəbər

Bostanı suvarmağa getdi, nəhəng ilanın qurbanı oldu

Hadisə | 15:21 • 16 İyun 2018
Bostanı suvarmağa getdi, nəhəng ilanın qurbanı oldu

Ötən il Sulavesidə 7 metrlik piton fermeri udmuşdu

İndoneziyanın Sulavesi adasında 8 metrlik pitonun qarnında qadın cəsədi tapılıb. Sputnik Azərbaycan-ın məlumatına əsasən, 54 yaşlı Va Tiba iki gün əvvəl axşam saatlarında evindən bir kilometr aralıdakı bostana gedib. Ertəsi gün tezdən qadının qayıtmadığını görən ailəsi onu axtarmağa başlayıb. Nəhayət qadının bacısı bostanda izləri, fənəri və maçeteni aşkar edib.

Qadın dərhal kömək üçün yerli sakinlərə müraciət edib. Bir neçə saatdan sonra sakinlər qida qəbulundan sonra qarnı şişmiş iri pitonu aşkar ediblər. İnsanla ilanı öldürərək qarnını yarıblar. Oradan Va Tibanın cəsədi çıxıb.

Ötən il Sulavesidə 7 metrlik piton fermeri udmuşdu.

Xəbər lenti