Xəzər Xəbər

Çaydan 56 ədəd pasport tapıldı

Hadisə | 12:29 • 14 İyun 2018
Çaydan 56 ədəd pasport tapıldı

"İyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib".

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, müəyyən edilib ki, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.

"Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir.

Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır", - deyə E. Zahidov bildirib.

***

İmişlidə çaydan çoxlu sayda ümumvətəndaşlıq pasportları tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Sarıxanlı kəndində Araz çayının qolu olan Boztəpə çayında yeniyetmə uşaqlar çimərkən sellofan torba tapıblar. Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbadan 57 ədəd Azərbaycan vətəndaşlarına məxsus ümumvətəndaş pasportları aşkar edilib.

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti