Mingəçevir Şəhər Polis
Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd
Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək
ondan 1000 manat verməsini tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci
(hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.