Xəzər Xəbər

Ötən gün 10 kq narkotik dövriyyədən çıxarılıb

Hadisə | 11:16 • 13 İyun 2018
Ötən gün 10 kq narkotik dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini qətiyyətlə davam etdirirlər.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, iyunun 12-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.


Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti