Xəzər Xəbər

Zəhərlənən pambıqçılardan XƏBƏR VAR Nazirlik açıqlama yaydı

Hadisə | 13:23 • 11 İyun 2018
Zəhərlənən pambıqçılardan XƏBƏR VAR

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, 10 iyun 2018-ci il Saatlı rayonu Sımada kəndində fermer Qoçəliyev Firiddinə məxsus pambıq sahəsində alaq vuran 23 nəfərin zəhərlənməsi ilə əlaqədar araşdırma aparılır:

"23 nəfər zəhərlənmə dioqnozu ilə Saatlı rayon xəstəxanasına daxil olub. Bu barədə nazirliyə daxil olan məlumatlara əsasən 07.06.2018–ci il tarixində pambıq sahəsində alaq otlarına (kalışa) qarşı kimyəvi mübarizə aparılıb. Kimyəvi mübarizədən sonra həmin sahədə Sabirabad rayonu Moranlı kəndindən 22 nəfər və Saatlı rayonundan 1 nəfər alaqçı günəmuzd qaydada kətmənləmə işi ilə məşgul olub. Günün sonuna yaxın alaqçıların səhhətlərində pisləşmə, halsızlıq baş verdiyindən rayon xəstəxanasına müraciət olunub və həmin insanlar xəstəxanaya yerləşdirilib. Hazırda Saatlı rayonunda aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Xəbər lenti