Xəzər Xəbər

Bakıda silahlı insident: 56 yaşlı kişi güllələndi

Hadisə | 11:27 • 9 İyun 2018
Bakıda silahlı insident:

Bakıda güllələnmə hadisəsi baş verib.


Trend-in məlumatına görə, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.


Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.


Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti