Xəzər Xəbər

Keşlədə əməliyyat: 18 kq-dan çox marixuana aşkarlandı

Hadisə | 15:28 • 8 İyun 2018
Keşlədə əməliyyat:

Ağdaş sakinindən 18 kq-dan çox marixuana götürülüb.

DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə qəsəbəsinin ərazisində Ağdaş rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Rövşən Hacıyevdən 18 kiloqram 200 qram marixuana götürülüb.

Xəbər lenti