Xəzər Xəbər

FHN-dən Şamaxıdakı qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Hadisə | 14:35 • 8 İyun 2018
FHN-dən Şamaxıdakı qəza ilə bağlı
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində "Mercedes” markalı minik avtomobili və "Ford” markalı mikroavtobus toqquşub.

XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, qəza zamanı mikroavtobusda olan 1 nəfər (sərnişin) xəsarət almış və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Əməliyyat başa çatıb.

Xəbər lenti