Xəzər Xəbər

Bakıda vətəndaşı aldadaraq 77000 manatını alan qadın tutulub

Hadisə | 13:23 • 8 İyun 2018
Bakıda vətəndaşı aldadaraq 77000 manatını alan qadın tutulub

İyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77000 manatını aldığını bildirib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti