Xəzər Xəbər

Şamaxıda sərnişin mikroavtobusu aşıb, yaralananlar var

Hadisə | 10:38 • 8 İyun 2018
Şamaxıda sərnişin mikroavtobusu aşıb, yaralananlar var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, bu gün saat 09 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində "Ford” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Hazırda yaralılar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti