Xəzər Xəbər

Göyçayda taxıl sahəsi və nar bağındakı yanğın söndürüldü

Hadisə | 17:43 • 6 İyun 2018
Göyçayda taxıl sahəsi və nar bağındakı
Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Müşfiq Məmmədov açıqlamasında bildirib ki, yanğının yaşayış sahələrinin yaxınlığında olması təhlükəni bir az da artırıb:

"Bizim ilkin məqsədimiz yanğının yaşayış obyektlərinə keçməsinin qarşısını almaq idi və buna nail olduq. Ümumilikdə 485 hektar biçilməmiş taxıl sahəsi qorunub. Hadisə nəticəsində 15 hektar biçilməmiş taxıl sahəsi, eləcə də 5 hektar ərazidə kol-kos yanıb. Yanğın tam söndürülüb, lakin yanan sahənin kimə məxsus olması bəlli deyil”.

M.Məmmədov onu da vurğulayıb ki, yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır./publika

***

Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.

Bığır kəndində 25 hektarlıq biçilməmiş taxıl sahəsi və nar bağı yanıb.

Hazırda yanğın davam edir. Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun qarşısını almaq üçün tədbirlər görülür. (apa)


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti