Xəzər Xəbər

Gözəl görünmək arzusu həyatının sonu oldu

Hadisə | 16:09 • 6 İyun 2018
Gözəl görünmək arzusu həyatının sonu oldu

Komaya girən Qalina hadisədən 13 ay sonra dünyasını dəyişib

Rusiyada 30 yaşlı Qalina Rakusina döşlərini böyütmək üçün əməliyyat etdirməyə qərar versə də, əməliyyatın nəticə barədə düşünməyib. Hadisə 2017-ci ilə baş verib.

Qadın həyat yoldaşından gizlin şəkildə yığdığı pul ilə tibb müəssisəsinə müraciət edib. Ancaq o əməliyyat zamanı narkoz verildiyi zaman komaya girərək vəziyyəti pisləşib. Həkimlərin səyləri ilə qadının dayanan ürəyi 3 dəqiqə sonra atmağa başlasa da, bu qadının həyatını qurtarmayıb.

Komaya girən Qalina hadisədən 13 ay sonra dünyasını dəyişib.

Xəbər lenti