Daxili işlər orqanları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və
kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar
edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, iyunun 5-də bu istiqamətdə keçirilmiş tədbirlər
nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə, həçminin xeyli sayda
çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş
məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində
saxlanılan, əvvəllər məhkum olunmuşlar - Corat qəsəbə sakini Elvin
Əliyevdən 470 qram, H.Z.Tağıyev qəsəbə sakini Ziya Salehovdan isə 440
qram marixuana aşkar edilib.
Zaqatala
Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Muxax kənd sakini
Uveys Rəcəbovun evindən 1 kiloqram 855 qram marixuana, həyətyanı
sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu
aşkar edilərək götürülüb.
Əldə edilmiş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Masallı
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş
Fazil Məmmədovun şəhər ərazisindəki evdən 325 qram marixuana, həyətyanı
sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu
götürülüb.
Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad
Rayon Polis Şöbəsinin əməkdaşları Kürkəndi kənd sakini, əvvəllər məhkum
olunmuş Valeh Zərbalıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə
yetişdirilmiş 12 ədəd, Qax
RPŞ-nin əməkdaşları Tasmalı kənd sakini Ümidvar Yusifovun həyətyanı
sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 310 ədəd çətənə kolları
aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Araşdırmalar aparılır.