Xəzər Xəbər

Zəlzələ məktəblərə də ziyan vurub? Açıqlama

Hadisə | 12:46 • 6 İyun 2018
Zəlzələ məktəblərə də ziyan vurub?
Dünən axşam saatlarında Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ciddi ziyan dəyməyib.


Zaqatala Rayon Təhsil Şöbəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib.


"Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərinin binalarında xırda çatlar yaranıb. Baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, əgər zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar”, - deyə məlumatda qeyd edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti