Xəzər Xəbər

Zəlzələ Qaxda fəsadlar törədib, bir nəfərin ayağı sınıb

Hadisə | 10:11 • 6 İyun 2018
Zəlzələ Qaxda fəsadlar törədib, bir nəfərin ayağı sınıb
Ötən gün Zaqatalada baş verən zəlzələ nəticəsində Qax rayonunda bir sıra fərdi yaşayış evlərinə ziyan dəyib.


Qax rayon icra başçısının I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tahir İsmayılov XəzərXəbər bildirib ki, ilkin məlumata əsasən, zəlzələ nəticəsində 5 fərdi yaşayış evində xırda çatlar yaranıb.


Onun sözlərinə görə, rayonun Turaclı kənd sakini Aydın Abdurrahmanovun, Küdürlü kənd sakini Abdulla Ramazanovun fərdi yaşayış evlərində çatlar əmələ gəlib. Bundan əlavə Küdürlü kənd sakini Araz Qurbanovun həyətyanı torpaq sahəsinin hasar divarı və fərdi yaşayış evinin arxa hissəsində xırda çatlar yaranıb.

"Güllü kənd sakini Səbuhi Əliyevin fərdi yaşayış evinin yuxarı hissəsinin bir neçə yerində daş uçub. Eyni zamanda Qax şəhər sakini Gülər Durmuşzadə zəlzələ baş verəndə qaçamaq istəyən zaman yıxılaraq ayağını sındırıb. Komissiya araşdırma aparır dəymiş ziyan hesablanır”.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə zəlzələ olub.

Xəbər lenti