Xəzər Xəbər

Zaqataladakı zəlzələdən sonra...

Hadisə | 09:38 • 6 İyun 2018
Zaqataladakı zəlzələdən sonra...

İyunun 5-i axşam saatlarında Rusiya-Azərbaycan sərhədində güclü zəlzələ baş verib.

"Report” yeraltı təkanların həmçinin hiss olunduğu Gürcüstanın Milli Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 5,7 bal təşkil edib.

Bildirilir ki, təbii fəlakət Bakı vaxtı ilə 22:40-da olub. Onun ocağı yerin 16 km dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Azərbaycanın Zaqatala şəhərindən 20 km, Gürcüstanın paytaxtı Tbilisidən isə 169 km aralıda olub.

Yeraltı təkanlar Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyanın cənubunda hiss olunub.

***

AMEA-nın Respublika Seysmologiya Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

XəzərXəbər mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yerin 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.

Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti