Xəzər Xəbər

Qobustanda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb

Hadisə | 14:45 • 5 İyun 2018
Qobustanda avtomobil aşıb, bir ailənin üç üzvü xəsarət alıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.


Hadisə Qobustan rayonunun "Cəngi” adlanan ərazisində qeydə alınıb. Qobustan sakini, 1998-ci il təvəllüdlü Baloğlanov Teymur Adil oğlu idarə etdiyi "VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan iti vurub və sürücü idarəetməni itirərək avtomobili aşırıb. Hadisə zamanı sürücü Teymur Baloğlanov, həyat yoldaşı 1991-ci il təvəllüdlü Baloğlanova Fəridə Cəbrayıl qızı və anası, 1956-cı il təvəllüdlü Baloğlanova Ziyafət İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti