Xəzər Xəbər

Xaçmazda 12 ədəd qovaq ağacının kəsildiyi aşkarlandı

Hadisə | 17:26 • 4 İyun 2018
Xaçmazda 12 ədəd qovaq ağacının kəsildiyi aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Ağtala kəndi ərazisində köküstə yaş 24-70 sm diametrliyində 12 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib və təbiətə 7580 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xaçmaz rayon Polis Şöbəsinə məktub göndərilib.

Xəbər lenti