Xəzər Xəbər

Yardımlı polisindən UĞURLU ƏMƏLİYYAT: külli miqdarda narkotik aşkarlandı

Hadisə | 13:42 • 4 İyun 2018
Yardımlı polisindən UĞURLU ƏMƏLİYYAT:

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində 11 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə iyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxəlif növ narkotik vasitə - 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti