Xəzər Xəbər

Mümkünsə bayramda məni vətənimə göndərin - Bakıda həbs edilən türkiyəli narkobaron

Hadisə | 13:37 • 4 İyun 2018
Mümkünsə bayramda məni vətənimə göndərin -

Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın eskradisiya ilə bağlı məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayıətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O ifadəsində bildirib ki, Türkiyəyə getmək istəyir: " 8 övladım var. Böyüyün 26-ı balacasının 6 yaşı var. Xəstə atam ordadır. Mənim bu yazılanlarla bağlı heç bir günahım yoxdur. Siz öz ölkəmə göndərin, mən orda bəraətimi alacam. Mümkünsə bu müqəddəs bayram ayında məni göndərin. Bayramda Türkiyədə olmaq istəyirəm".

Daha sonra Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, Turqut Kamal həm Almaniya həm fə Türkiyədə cinayət törədib: "Hər iki ölkə tərəfindən bizə sorğular daxil olub. Lakin təqsirləndirilənin Türkiyə vətəndaşı olduğuna görə öz ölkəsinə eksradisiya olunmasını məqsədə uyğun hesab edirik".

Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.

İttihama görə, T. K. Abdulsəlam Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Holllandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

Həmçinin T. K. Abdulsəlam Türkiyə tərəfindən də axtarışa verilib.

Bundan qabaq Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin apellyasiya məhkəməsi zamanı Türkiyə də T. K. Abdulsəlim haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti