Xəzər Xəbər

Gədəbəydə ağır qəza 2 ölü

Hadisə | 12:40 • 4 İyun 2018
Gədəbəydə ağır qəza
Gədəbəydə ağır yol qəzası baş verib.


XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 3-də saat 19 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndində Kiçik Qaramurad kənd sakini Nail Qarayevin idarə etdiyi "VAZ-2107” və Hacalılar kənd sakini Aydın İsmayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillər toqquşub.


Nəticədə hər iki sürücü, A.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sürücülər orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti