Xəzər Xəbər

Bakıda evə silahlı hücum olub, ana və qızı güllələnib

Hadisə | 09:49 • 1 İyun 2018
Bakıda evə silahlı hücum olub, ana və qızı güllələnib

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib. 


İnsident zamanı ana ilə qızı tüfənglə güllələnib.

Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Anaya sol çiyninin, çənəsinin çoxsaylı yaraları, qızına isə döş qəfəsinin çoxsaylı yaraları diaqnozu təyin edilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir. (APA)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti