Xəzər Xəbər

DTX və polis birgə əməliyyat keçirib

Hadisə | 11:58 • 30 May 2018
DTX və polis birgə əməliyyat keçirib

DTX və polis birgə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən "AKMS” silahı, "TOZ-16” tüfəngi, 13 ədəd avtomat patronu və 1 ədəd patrpon darağı götürülüb.

Bundan başqa, Ağdam RPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng və 9 ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-16” markalı tüfəng götürülüb.

Xəbər lenti