Xəzər Xəbər

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Hadisə | 11:18 • 29 May 2018
Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Mayın 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törətildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti