Xəzər Xəbər

Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil tapılıb

Hadisə | 16:08 • 28 May 2018
Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil tapılıb

Sumqayıtda üç il əvvəl qaçırılmış avtomobil tapılıb.


DİN-dən verilən məlumata görə, mayın 26-da saat 11 radələrində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılıb, Q.Osmanovaya məxsus "Chevrolet” markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb.


Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti