Xəzər Xəbər

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Hadisə | 13:21 • 28 May 2018
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, mayın 24-nə keçən gecə Hacıqabul rayonundakı quşçuluq şirkətlərinin birinin həyətindəki elektrik transformatorunun mis sarğılarının kəsilərək oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.


​Məlumatla əlaqədar əməliyyat-axtarış təsdbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa müddətdə müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Ağacanlı kənd sakini, əvvəllər məhkum olunmuş Sahib Ələkbərov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Tədbirlərin davamı olaraq ona məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, 95 qram marixuana və 186 ədəd çətənə toxumu aşkar edilərək götürülüb.
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Yardımlı rayon sakini Dilqəm Qarayevdən isə 455 qram tiryək və 15 qram heroin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti