Xəzər Xəbər

Salyanda GÖRÜNMƏMİŞ CİNAYƏT: arvadını boğaraq öldürdü

Hadisə | 13:05 • 28 May 2018
Salyanda GÖRÜNMƏMİŞ CİNAYƏT:
Mayın 25-də DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü deməsini bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə  bildirilib ki, məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb. O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbristanlıqda dəfn etdiyini bildirib.


Meyit eksqumasiya edilib.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti