Xəzər Xəbər

Samur-Abşeron kanalında batan şəxsin axtarışına başlanılıb

Hadisə | 09:44 • 26 May 2018
Samur-Abşeron kanalında batan şəxsin axtarışına başlanılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Qusar rayonunun Urva kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.


Xezerxeber.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək.

Xəbər lenti