Xəzər Xəbər

Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

Hadisə | 13:10 • 24 May 2018
Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mayın 23-də saat 11 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Süleyman Vəliyev idarə etdiyi "QAZ-3110” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə S.Vəliyevin sərnişini paytaxt sakini Bəhruz Həsənov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti