Xəzər Xəbər

İlan mövsümü başladı: "Yuvaları tərpədirlər..."

Hadisə | 17:59 • 23 May 2018
İlan mövsümü başladı:

Mövsüm üçün xarakterik olan ilan sancmaları aprel ayından etibarən qeydə alınıb.

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirib ki, havaların istiləşməsi ilə ilan sancmalarından zəhərlənənlərin müraciətləri daxil olmağa başlayıb.

"Mərkəzə ilan sancmasından zəhərlənən 3 nəfər aprel ayında, 4 nəfər isə may ayında müraciət edib. Mövsümlə əlaqədar kənd təsərrüfatında, bağda, bostanda təmir işləri gedir və bu zaman ilanların yuvalarını tərpədirlər. Bundan sonra isə ilanlar üzə çıxır və zəhərlənmə halları baş verir”.

Xəbər lenti