Gecə saatlarında
Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə
qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan”
siqnalı daxil olub.
Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, İdarənin əməkdaşları hadisə yerinə çıxıb və bankın
giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə
yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu
Polis Şöbəsinə təhvil verilib.
Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı
şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu
müəyyənləşib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif
ölçüdə olan küt alətlər aşkarlanaraq, maddi sübut kimi götürülüb.
Qeyd
edək ki, saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq
etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik
kameraları vasitəsilə də lentə alınıb.
Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.