Xəzər Xəbər

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Hadisə | 11:43 • 23 May 2018
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkar edilib.


Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Nərimankənd kənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər və görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi S.Əhmədov da saxlanılıb və odan da marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə S.Əhmədovun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu da məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada becərdiyi 41 ədəd çətənə kolu və çəkisi 485 qram olan marixuana da aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəAğtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti