Xəzər Xəbər

Əkin sahəsindən kartof və sarımsaq oğurlandı

Hadisə | 15:54 • 22 May 2018
Əkin sahəsindən kartof və sarımsaq oğurlandı

Astara rayonunda əkin sahəsindən kartof və sarımsaq oğurlanıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərçivan kəndində baş verib.

Kənd sakini 1965-ci il təvəllüdlü Məzahir Rza oğlu Qasımov bildirib ki, həyat yoldaşı və oğlu günorta saatlarında sahəyə getdikdə becərdikləri kartofun torpaqdan çıxarılaraq oğurlandığını görüblər. Zərərçəkmiş pay torpağından 100 kq-dan artıq kartof aparıldığını bildirib.

Digər Ərçivan sakini Püstə Baxşıyeva da eyni halla üzləşib. Naməlum şəxs və ya şəxslər P. Baxşıyevanın əkin yerindən 50 kq sarımsaq oğurlayıblar.

Hər iki kənd sakini, məsələ ilə bağlı DİN-in "102 zəng mərkəzi”nə və Astara Rayon Polis Şöbəsinə məlumat veriblər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti