Xəzər Xəbər

“Mavi balinadan” sonra daha bir oyun kabusu ortaya çıxdı

Hadisə | 15:33 • 22 May 2018
“Mavi balinadan” sonra daha bir oyun kabusu ortaya çıxdı

Uşaqları və gəncləri intihara sövq edən "Mavi balina” oyunundan sonra indi "Mariam” kabusu ortaya çıxıb.


Səudiyyə Ərəbistan vətəndaşı Salman Əl Hərbinin hazırladığı "Mariam” adlı oyun keçən yaydan etibarən Yaxın Şərq ölkələrindən olan gənclər arasında populyarlaşıb.


Oyundan "Mariam” adlı 9 yaşlı qız azdığını bildirərək, evə qayıtmaq üçün oyunçudan kömək istəyir. Oyun başlamadan əvvəl oyunçunun adı, ünvanı, yaxın ətrafı soruşulur, "Facebook”, "WhatsApp” kimi tətbiqetmələrə giriş icazəsi istənilir.


Oyunda istifadəçilərə "Eviniz haradadır? "Facebook” hesabınız nədir?” kimi suallar verilir. Bu suallara cavab verilmədən bir sonrakı mərhələyə keçmək olmur. Oyun bağlandıqda isə təkrar oynamaq üçün 24 saat gözləmək lazımdır. Qorxunc səs effektləri və səhnələri olan oyunun son mərhələsinə gələn şəxslərə gecə saat 03:00-da naməlum nömrədən zəng gəlir.


Sosial şəbəkələrdə təcrübələrini bölüşən bəzi bloqqerlərə görə, fərqli dillərdə danışan bir robot mobil telefona zəng edərək "Səninlə təkrar görüşəcəyik” kimi narahatedici səs səsləndirir və oyunçulara mesajlar göndərir.


Oyunu oynayan istifadəçilərin "Youtube”da paylaşdığı videolarda xarici nömrə nəzərə çarpır. İstifadəçilərə mobil telefondan gələn zənglərdə qorxu filmlərində istifadə olunan qışqırıq və fısıltı effektləri olan musiqilər dinlətilir.


Oyunla bağlı gələn şikayətlərə nəzərə alan Türkiyə Ailə və Sosial siyasətlər Nazirliyi Ankara Sülh Cəza Məhkəməsinə müraciət edərək oyunun bloklanmasını tələb edib. Nazirlik müraciətini oyunun şəxsi məlumatları əldə etməsi, uşaqlar üçün psixoloji təhlükə yaratması əsas göstərilib.Məhkəmə nazirliyin tələbini nəzərə alaraq oyunu bloklayıb./Sfera.az

Xəbər lenti