Xəzər Xəbər

Mağazadan oğurluq edərkən yaxalandı

Hadisə | 12:52 • 22 May 2018
Mağazadan oğurluq edərkən yaxalandı

Mayın 21-nə keçən gecə saat 01.20-də Şəki Rayonlararası Mühafizə Şöbəsinə şəhər ərazisindəki qorunan mağazaların birindən həyəcan siqnalı daxil olub.

DİN-dən xezerxeber.az-a bildirilib ki, hadisə yerinə - M.Müşfiq küçəsindəki "Uşaq aləmi” mağazasına gedən polis əməkdaşları qapının qıfılını sındıraraq oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayıblar.

Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Qoxmuq kənd sakini İlkin Məhərrəmli olduğu müəyyənləşib. Şəxsi axtarış zamanı ondan 1 ədəd maska, 2 ədəd şüşəkəsən və 1 ədəd qıfılsındıran alət aşkarlanaraq, götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Xəbər lenti