Xəzər Xəbər

Partlayış nəticəsində ölən şəxslərin Adları

Hadisə | 17:32 • 21 May 2018
Partlayış nəticəsində ölən şəxslərin

Bakıda kafedə partlayış nəticəsində ölən şəxslərin adları açıqlanıb.


"Report”un xəbərinə görə, ölən şəxslər kafenin işçiləri olub. Onlardan birinin adı Gülnaz, digərinin adı Zöhrabdır (soyadları dəqiqləşdirilir).


Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.


Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürən hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar