Xəzər Xəbər

Cəza və inzibati tənbeh zamanı ictimai işlər iş günləri 2 saatdan çox olmayacaq

Hadisə | 14:11 • 21 May 2018
Cəza və inzibati tənbeh zamanı ictimai işlər iş günləri 2 saatdan çox olmayacaq

İctimai işlər növündə cəzanın və inzibati tənbehin müddətinin necə hesablanacağı açıqlanıb.


Bu, Ədliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi "İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”nda əksini tapıb.

Qaydalarda qeyd edilir ki, ictimai işlərin müddəti saatla hesablanır. İctimai işlər həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlərin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində iki saatdan, şəxsin razılığı ilə isə dörd saatdan çox ola bilməz. İctimai işlər növündə cəzanın icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru ictimai işlərə cəlb olunan şəxsə onun müraciəti əsasında həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər. (APA)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti