Xəzər Xəbər

ABŞ-da puma velosipedçini PARÇALADI

Hadisə | 11:35 • 21 May 2018
ABŞ-da puma velosipedçini

ABŞ-ın Vaşinqton ştatında iki velosipedçi pumanın hücumuna məruz qalıb.

Hadisə Snokvalmi şəhəri yaxınlığındakı meşədə baş verib. Axşam saatlarında xilasetmə bürosuna zəng olub və dəstəyin digər tərəfində qışqırıq səsləri eşidilib. Dərhal hadisə yerinə yollanan xilasedicilər velosipedçilərdən birini yaralı halda tapıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İkinci velosipedçinin izinə rast gəlməyən xilasedicilərin ehtimalına görə, yırtıcı pişik onu parçalayıb. Uzun axtarışlardan sonra xilasedicilər velosipedçinin cəsədini tapıb. Puma da cəsədin yanında olub. Xilasedicilər yirtıcı heyvanı güllələyib.

1980-ci ildən bəri ABŞ-da 100-dən çox insan yırtıcı pişiklərin hücumuna məruz qalıb və onlardan 20-si həyatını itirib./publika.az

Xəbər lenti