Xəzər Xəbər

Bayılda hündürmərtəbəli bina çökür SON DƏQİQƏ

Hadisə | 10:14 • 21 May 2018
Bayılda hündürmərtəbəli bina çökür

Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Buxta küçəsi, 9 ünvanında sürüşmə prosesindən sonra İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binaya bitişik köməkçi binada çökmə prosesi yaranıb.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, həmin köməkçi binanın sütunlarından biri təxminən 20 sm çöküb.

Ə.Qaralov qeyd edib ki, Buxta küçəsi, 9 ünvanındakı sürüşmə sahəsində vəziyyətin mütəmadi olaraq dəyərləndirilməsi üçün 11 mayak quraşdırılıb. Ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində dəyişikliklərin olub-olmadığı müəyyənləşdiriləcək.

Teleqüllə sürüşmə sahəsindəki hazırkı vəziyyəti dəyərləndirən nazirlik rəsmisi əlavə edib ki, hazırda orada sürüşmə sahəsində stabil vəziyyət hökm sürür.

Qeyd edək ki, Bayıl yamacında - "Buxta 9” ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti