Respublikanın daxili
işlər orqanları tərəfindən 2 gün ərzində 212 cinayət faktı qeydə alınıb,
onların da 47-i "isti izlər”lə açılıb.
DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin
açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24, o cümlədən
mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs
qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil
verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Daxili
işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan
silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli
bilinən 74 nəfər saxlanılıb.