Xəzər Xəbər

Kubada qəzaya uğrayan "Boeing 737"nin qara qutusu tapılıb

Hadisə | 10:08 • 20 May 2018
Kubada qəzaya uğrayan "Boeing 737"nin qara qutusu tapılıb

Ötən gün Kubada qəzaya uğrayan "Boeing 737" sərnişin təyyarəsinin qara qutusu tapılıb.


Bunu Kuba televiziyasının efirində ölkənin nəqliyyat naziri Adel İskyerdo bildirib.


A.İskyerdo deyib: "Biz qara qutulardan birini aşkar etdik. O, yaxşı vəziyyətdədir. Yaxın saatlarda ikinci qara qutunu tapmağa ümid edirik".


Qəzanın səbəbi hələlik məlum deyil. Kubanın nəqliyyat nazirliyi qəzanın araşdırılması üçün komissiya yaradıb.


Qeyd edək ki, ötən gün Kubada "Cubana de Aviacion" aviaşirkətinin "Boeing 737" təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 110 nəfər həlak olub.


Ölkədə təyyarə qəzası ilə əlaqədar may ayının 19-u saat 06:00-dan mayın 21-i saat 00:00-a kimi matəm elan olunub. (Trend)

Xəbər lenti